.

“Azərbaycan nağılları” kitabı niderlandlılarda maraq doğurub

11.08.2022

Niderland Krallığında yerli dildə çap olunan “Azərbaycan nağılları” kitabı bu ölkənin folklorsevərləri tərəfindən böyük maraqla qarşılanıb. 

Nəfis tərtibatlı kitab Niderlandın elm, mədəniyyət, təhsil, səhiyyə ocaqlarına, dövlət və qeyri-dövlət qurumlarına hədiyyə edilib. Bundan başqa, niderland dilinin qismən istifadə edildiyi ölkələrə də yayılıb. 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn kitaba “Cırtdan”, “Göyçək Fatma”, “Usta və şəyirdi”, “Tənbəl Əhməd” və “Daşdəmir” kimi məşhur Azərbaycan nağılları daxil edilib. Kitabın hazırlıq prosesinə Niderlandda yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri də cəlb edilib. Səfirliyin təşəbbüsü ilə Azərbaycan diaspor təşkilatları kitabın paylanma prosesində də fəal iştirak ediblər.