.

Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları tanınmış mədəniyyət xadimləri ilə görüşüblər

04.08.2022

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib.

Bülbülün ev-muzeyinin həyətində təşkil edilən tədbirdə “Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev, kinoaktyor, xalq artisti Şamil Süleymanov və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov iştirak ediblər. Xalqımızın zəngin mədəni irsi barədə ətraflı məlumat verən tanınmış ziyalılarımızın maraqlı söhbətləri düşərgə gənclərinə unudulmaz anlar bəxş edib.

Gözəl əhval-ruhiyyənin hökm sürdüyü görüş sualların cavablandırılması ilə başa çatıb.