.

Diaspor gənclərimiz Daşkənddəki gənclər karnavalına qatılıb

06.07.2022

Özbəkistan gənclərinin şərəfinə keçirilən Daşkənddəki karnavalda ölkəmiz də təmsil olunub.

Bu missiya Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin gənc üzvlərinə nəsib olub.

Karnaval münasibətilə paytaxtda təşkil edilən paradda milli geyimli gənc soydaşlarımız milli musiqimizin sədaları altında addımlayaraq, Azərbaycan bayrağını dalğalandırıblar.