.

Özbəkistandakı diasporumuz Azərbaycan idmançısına azarkeş dəstəyi göstərib

06.07.2022

Daşkənddə fəaliyyət göstərən Azərbaycan diasporu “Uzbekistan Open” K-1 beynəlxalq kikboksinq turnirində iştirak edən azərbaycanlı idmançı Xəyal İsmayılova misilsiz azarkeş dəstəyi göstərib.

Azərbaycan təmsilçisi İran, Qazaxıstan və Özbəkistandan olan rəqibləri üzərində qələbə qazanaraq turnurin çempionu olub. Yarış boyu Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin gənclərindən ibarət azarkeşlər qrupu Azərbaycan bayraqlarını dalğalandırıb, idmançımızı ruhlandıran şüarlar səsləndirib.

Turmir başa çatdıqdan sonra X.İsmayılov göstərilən mənəvi dəstəyə görə diaspor gənclərinə minnətdarlığını bildirib.