.

Tatyana Merzlyakova: “Komitənin diasporun birliyi və təşkilati inkişafı istiqamətində səylərini yüksək qiymətləndirirəm”

08.07.2022

Rusiya Federasiyası Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Müvəkkil Tatyana Merzlyakovanın adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qurum xaricdəki soydaşlarımızın birliyi, təşkilatlanması və inkişafı istiqamətində böyük işlər görür:

“Komitənin diasporun birliyi və təşkilati inkişafı istiqamətində səylərini və müxtəlif layihələrini yüksək qiymətləndirirəm. Regionun insan hüquqları üzrə müvəkkili olaraq 20 il ərzində vilayətdə və Azərbaycana səfərlərim zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin, diasporun ictimai-siyasi həyatda iştirakının və Azərbaycan mədəniyyətinin urallılara təqdim olunmasının önəmini qeyd etmişəm. Azərbaycan diasporunun Uralda rolu önəmli və mühümdür. Son 20 ili xüsusilə vurğulayıram – bu, dövlətlərimizin ideologiyası ətrafında həmrəylik, qarşılıqlı yardım və ticarət mübadiləsinin inkişafıdır. Bütün bunlarda diasporun böyük rolu var.

Hörmətli Fuad Rauf oğlu! Sizi, komandanızı və dünyadakı Azərbaycan diasporunu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən təbrik edir, nəcib missiyanızda uğurlar arzulayıram”.