.

Elçin Bayramov: “Komitə böyük zəhmət tələb edən işin öhdəsindən çox böyük bacarıqla gəlir”

07.07.2022

Moldovada fəaliyyət göstərən Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qurumun fəaliyyətə başlaması vətəndən kənarda yaşayan azərbaycanlıların konsolidasiyası, mütəşəkkil koordinasiyası və siyasi-ideoloji birliyinin təmin edilməsi lə əlamətdardır:

“İndi Azərbaycan diasporu Sizə həvalə olunan qurumun mərkəzi tənzimləməsinin dəqiq mexanizmi ilə ölkəmizin milli maraqlarının gerçəkləşdirilməsi prosesində fəal və olduqca uğurlu şəkildə iştirak edir. Böyük zəhmət, əzm, müdrik strategiya və düşünülmüş taktika tələb edən bu işin öhdəsindən Siz çox böyük bacarıqla gəlirsiniz. Sizin rəhbərliyinizlə Komitə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ciddi nəticələr nümayiş etdirib. Bu isə respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfədir.

Hörmətli cənab Muradov! Bu əlamətdar gündə Sizə və həmkarlarınıza doğma Azərbaycan naminə fəaliyyətinizdə parlaq peşəkar nailiyyətlər, rifah və tükənməz həyat qüvvəsi arzulayıram. Biz isə öz növbəmizdə Azərbaycan diasporunun qarşısında qoyduğunuz məsələlərin həyata keçirilməsi üçün maksimum səylər göstərəcəyik. Bayramınız mübarək!”