...

Maalot-Tarşiha şəhərinin meri Arkadi Pomeranets Dövlət Komitəsini təbrik edib

05.07.2022

İsrailin Maalot-Tarşiha şəhərinin meri Arkadi Pomeranets Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Şəhər merinin Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, Azərbaycanın dövlət qurumunu təbrik etməkdən şərəf duyur: “Uzun illərdir İsrail dövləti və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və əsl dostluq əlaqələri mövcuddur. Ən çətin vaxtlarda ölkələrimiz daim birlikdə olublar və bir-birini dəstəkləyiblər. Azərbaycanda 16 mindən çox yəhudi Azərbaycan xalqı ilə birlikdə qarşılıqlı hörmət və harmoniya şəraitində yaşayır, ölkənin mədəniyyətinə, iqtisadiyyatına və inkişafına töhfələr verir”.

Azərbaycanda doğulub boya-başa çatdığını xatırladan Arkadi Pomeranets qeyd edib ki, onun üçün iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrini və Azərbaycanın xüsusi mədəniyyətini qorumaq çox vacibdir. Buna misal olaraq o, 2019-cu ildə Maalot-Tarşiha və Quba şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalandığını göstərib:

“Azərbaycandakı etnik icmalar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, onun vahidliyinin gücləndirilməsinə kömək göstərir və Azərbaycan mədəniyyətini dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan hökumətinin prioriteti olan bu siyasətin prinsipləri Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə uğurla həyata keçirilir.

Əziz cənab Muradov! Komitənin dünyadakı və İsrail dövlətindəki azərbaycanlıları birləşdirmək və koordinasiya etmək istiqamətində səylərini yüksək qiymətləndirir, Sizə bu nəcib missiyanızda uğurlar arzulayıram”.