...

Florida Azərbaycan-Amerika Cəmiyyəti Dövlət Komitəsinə uğurlar arzulayıb

04.07.2022

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycan-Amerika Cəmiyyəti
yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Cəmiyyətin rəhbəri Esmira Bayramovanın adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan qurum ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

“Diasporla İş üzrə Dövlət Komitəsi sübut etdi ki, artıq bir amal ətrafında birləşərək, vahid mövqedən çıxış edən dünya azərbaycanlıları dövlətimizin ədalətli mövqeyini bütün dünyada müdafiə etmək qabiliyyətinə malikdir. Hörmətli sədr! Sizi, Komitənin bütün əməkdaşlarını və diaspor fəallarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, bu çətin və şərəfli missiyanızda uğurlar arzulayıram” – deyə o qeyd edib.