...

Prezident Diasporla İş üzrə Dövlət Komitəsinin üç əməkdaşını təltif edib

23.06.2022

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilənlər sırasında Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları - Hüseynova Vəfa Astan qızı, Əsgərov Elvin Akif oğlu və Həmzəyeva Leyla Ələmdar qızı da var.

Dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymətə görə Cənab Prezidentə minnətdarlığımızı bildiririk.

Təltif olunan həmkarlarımızı təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində yeni yeni uğurlar arzulayırıq!