...

Tanınmış jurnalist Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib

21.06.2022

İqtisadi Sülh Mərkəzinin redaktoru Reyçel Avraham yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda tanınmış jurnalist və siyasi şərhçi bildirib ki, İsrail nümayəndə heyəti bu yaxınlarda ADA Universitetində baş tutan möhtəşəm dəyirmi masa-dinləmələrdə iştirakı və Ağdama səfəri zamanı çoxlu sayda yeni həqiqətlər öyrənib.

“İnanıram ki, Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyada Azərbaycan diasporu ilə birlikdə ölkənin ictimai əlaqələrinin təbliği istiqamətində işləyir və Azərbaycan-İsrail münasibətlərinin inkişafında möcüzələr göstərir. Biz Dövlət Komitəsinə və Azərbaycan diasporuna beynəlxalq aləmdə böyük uğurlar qazanmağı, Azərbaycan dövlətinə tərəqqi və firavanlıq arzulayırıq”.