...

Birləşmiş Krallıqdakı “Qarabağ” məktəbinin şagirdləri öz rəsmlərini sülhə həsr ediblər

03.06.2022

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında onlayn formatda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbindəki növbəti dərsin mövzusu 1 iyun – Beynəlxalq Uşaqlar Gününə həsr edilib.

Dərs zamanı dünya ictimaiyyətinin ötən əsrin əvvəllərində uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu dərk etdiyi, 1919-cu ildə Londonda "uşaqlara yardım fondu"nun əsasının qoyulduğu, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyasının həmin günü Beynəlxalq Uşaqlar Günü kimi elan etdiyi barədə məktəb müdavimlərinə qısa məlumat verilib.

Sonra məktəb şagirdləri bayram münasibətilə bütün uşaqları təbrik ediblər. Onlar müharibə şəraitində yaşayan həmyaşıdlarını unutmayaraq, çəkdikləri rəsm əsərlərini sülhə həsr ediblər.