...

Macarıstan və Estoniya Azərbaycan evlərində uşaqları təbrik ediblər

02.06.2022

Macarıstan və Estoniyada fəaliyyət göstərən Azərbaycan evlərindəki dərslərin mövzusu 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Azərbaycan Evləri nəzdində yaradılan dil, musiqi və rəsm kurslarının müəllimləri kiçik müdavimləri və valideynlərini bayram münasibətilə təbrik ediblər.

Dərslər uşaqların ifasında ölkəmizin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Uşaqlar müxtəlif mahnılar, şeirlər səsləndirib və rəsmlər çəkiblər.