...

Ufada 28 May – Müstəqillik Günü münasibətilə konsert təşkil edilib

30.05.2022

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.

“Azərbaycan xalqının Dostluq Evi” regional ictimai təşkilatının, respublikanın Mədəniyyət Nazirliyinin, Ufa şəhər və Kirov rayon administrasiyalarının, “Başkortostan Radio”sunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə rəsmi şəxslər, yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri və Sumqayıt Universitetinin nümayəndə heyəti iştirak ediblər

Konsert öncəsi çıxış edənlər soydaşlarımızı və Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər, Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərin inkişafından məmnunluqlarını bildiriblər.

Sonta müxtəlif yaradıcı birliklərin ifasında konsert proqramı təqdim edilib.