...

Marneulidə Gürcüstan və Azərbaycanın Müstəqillik günləri münasibətilə futbol turniri təşkil edilib

30.05.2022

Gürcüstanın Marneuli rayonunda Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş futbol turniri keçirilib.

Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə baş tutan turnirdə müxtəlif komandalar iştirak ediblər.

Turnir GAİM-in kiçik yaşlı şagirdlərinin ifasında Azərbaycan və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Gərgin mübarizə şəraitində keçən turnirdə I yeri GAİM-in, II yeri Qızılhacılı idman məktəbinin, III yeri isə Bolnisi “Sabah” məktəbinin futbol komandaları tutub.

Turnirin bağlanış mərasimində çıxış edən GAİM-in icraçı direktoru Orxan Pirverdiyev qalibləri qələbə münasibətilə təbrik edib və gənc futbolçulara davamlı uğurlar arzulayıb.

Tədbir qaliblərə mükafatların təqdim olunması ilə yekunlaşıb.