...

Azərbaycanlı həkim Almaniyada yeni vəzifəyə təyin olunub

23.05.2022

Almaniyada yaşayan soydaşımız, urologiya, uro-onkoloji cərrahiyyə və laparoskopik urologiya üzrə mütəxəssis Dr. Rüfət Əsədbəyli bu dəfə “Lausitzer Seenland Klinikum” tibb klinikasında yeni vəzifəyə təyin olunub.

Laparoskopik uroloji şöbəsinin müdir müavini (Leitender Oberarzt) vəzifəsinə təyinatının sevincini həmvətənimiz belə ifadə edib: “Almaniya Federativ Respublikasında Azərbaycanın adını növbəti yüksək vəzifədə təmsil etmək böyük fəxr və qürur hissidir!”

Qeyd edək ki, Gəncədə orta məktəbdən məzun olan Dr. Rüfət Əsədbəyli Bakıda Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Respublika Uşaq Urolojı Xəstəxanasında, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında, Almaniyanın bir sıra universitet klinikalarında və özəl tibb müəssisələrində çalışıb. Almaniyada yaşamağına baxmayaraq, eyni zamanda vətənə mütəmadi gələrək bir çox xəstələr üzərində müalicələr və əməliyyatlar aparıb. Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalında və Bakı Sağlamlıq Mərkəzində Urologiya şöbələrini qurub.