...

Finlandiya paytaxtında Azərbaycanla bağlı iki tarixi bayram qeyd ediləcək

20.05.2022

Helsinki şəhərindəki Musiikkitalo musiqi mərkəzində 28 May – Müstəqillik Gününə və Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın İsveç, Norveç və Finlandiyadaki səfirliyinin, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azər-Turk” Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Toplantıya Finlandiyanın və Azərbaycanın rəsmi şəxslərinin, xarici ölkələrin diplomatik korpusunun, yerli ictimaiyyətin və Azərbaycan icmasının 150-yə yaxın nümayəndəsinin qatılması nəzərdə tutulur.

Mərasimdə Azərbaycan və Finlandiyanın rəsmi şəxslərinin çıxışı gözlənilir.

Tədbirin bədii hissəsində Azərbaycanın Əməkdar artisti, tanınmış cazmen İsfar Sarabskinin rəhbərlik etdiyi ”İsfar Sarabskinin triosu” çıxış edəcək.

Qeyd edək ki, 1991-ci ildə dövlət müstəqilliyini bəpqərar edən Azərbaycan 1992-ci il martın 24-də Finlandiya ilə yenidən diplomatik münasibətlər qurub.