...

Azərbaycan Finlandiya liseyindəki mədəniyyət günündə təmsil olunub

25.04.2022

Finlandiyanın Espoo şəhərindəki Etelä-Tapiola liseyində müxtəlif ölkələrin mədəniyyət günü keçirilib.

Liseyin 17 yaşlı tələbəsi Mona Savojifarın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, rəsm əsərləri, xalçalar, geyimlər və suvenirlər nümayiş etdirilib.

Milli geyimli soydaşımız tədbir iştirakçılarına ölkəmizin tarixi barədə ətraflı məlumat verib, milli rəqs ifa edib, milli mətbəx nümunələrinin hazırlanması qaydalarını göstərib.

Qeyd edək ki, Mona Savojifar Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatin üzvüdür.