...

Yunanıstan mediasında Maral Rəhmanzadə haqqında məqalə dərc olunub

15.04.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında görkəmli Azərbaycan rəssamı Maral Rəhmanzadəyə həsr olunmuş məqalə yerləşdirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifi olduğu məqalədə professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssamın, qrafika ustasının, Azərbaycanın xalq rəssamının həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Sənətkarın müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətlər göstərdiyi, öz əsərləri ilə Azərbaycan rəssamlıq sənətinə və mədəniyyətinə layiqli töhfələr bəxş etdiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsini yaradan rəssamın əl işləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin məşhur muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib, milli təsviri sənətimizi beynəlxalq miqyasda şöhrətləndirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/maral-rachmazante/