...

İstanbulda təntənəli Novruz şənliyi keçirilib

26.03.2022

Türkiyənin İstanbul şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə gerçəkləşdirilən bayram şənliyi qurumun Kadıköydəki mərkəzi ofisinin önündən başlayıb. Novruz tonqalının alovlandırılması, üzərindən atlanılması, dəmir döyməsi və yumurta döyüşü mərasimləri tədbirə xüsusi ovqat qatıb.

Yazar Metin Yıldırımın moderatorluğu ilə aparılan tədbirdə çıxış edən İSTAD sədri Səfər Karakoyunlu və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun attaşesi Şəhriyar Cəfərov bayram münasibətilə türk dünyasını təbrik ediblər. Natiqlər bu qədim və gözəl bayram ənənələrini yaşatdıqları və gələcək nəsillərə ötürdükləri üçün xalqımıza minnətdarlıqlarını bildiriblər.

Şənlik bədii proqramla yekunlaşıb.