...

Ulyanovskda Novruz bayramı qeyd edilib

25.03.2022

Rusiyanın Ulyanovsk şəhərindəki “Qubernator” Mədəniyyət sarayında Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

“Ulyanovsk Regional Azərbaycanlılar Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqamlarının və ictimaiyyətin nümayəndələri, soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan URAMMM sədri, Ulyanovsk vilayəti qubernatorunun müşaviri İslam Hüseynov qonaqları yeniləşmə, həyat sevinci və dünyanı yaxşılığa doğru dəyişmək arzusu olan Novruz bayramı münasibətilə təbrik edib. Ulyanovsk vilayətində millətlərarası işə hər cür dəstəyə və bu çətin zamanda insanların həyatını normallaşdırmaq üçün göstərdiyi səylərə görə vilayətin rəhbəri Aleksey Russkixə və komandasına minnətdarlığını bildirib.

Sonra regionun başçısının müavini Aleksandr Korobko rəhbərliyin təbrik məktubunu oxuyub. O, konsertin təşkilatçıları olan Mərkəzi Asiya və Qafqazı təmsil edən xalqların milli təşkilatlarının sədrlərinə təşəkkür edib.

Tədbir bədii proqramla davam edib.