...

Xocalı soyqırımı ilə bağlı Aberdində aksiya təşkil edilib

02.03.2022

Şotlandiyanın Aberdin şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.

Aberdində yaşayan soydaşlarımızın qatıldıqları yürüş zamanı Azərbaycan bayraqları dalğalandırılıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq “Xocalı heç bir vaxt unudulmayacaq!”, “Xocalıya ədalət!” şüarlarının, “1992 Azərbaycan” sözünün yazıldığı poster nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.