...

Praqadakı elektron lövhələrdə Xocalı soyqırımı barədə məlumat verilib

01.03.2022

Praqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Eldar Vəliyevin təşkilatçılığı ilə paytaxtın mərkəzi küçələrində yerləşən elektron lövhələrdə Xocalı soyqırımı həqiqətlərinə dair qısa məlumat və təsvirlər əks olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.