...

Gürcüstanın rəsmi qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalə dərc olunub

26.02.2022

Gürcüstanın rəsmi “Sakarvelo Respublika” qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalə dərc olunub.

“Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı məqalədə faciə ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri əksini tapıb.

Yazıda Diaspor TV əməkdaşlarının apardığı araşdırmalar zamanı rəssam Rafiq Əziz tərəfindən Türkiyəyə aparılmış 10 uşağın taleyinə aydınlıq gətirilir, onların böyüməsində və təhsil almasında qardaş ölkənin “İstək” Vəqfinin rəhbəri Bədrəddin Dalanın rolu barədə ətraflı məlumat verilir.

Xocalıda valideynlərini itirmiş Ramil Məmmədovun müsahibəsində faciənin bir çox qaranlıq məqamlarına aydınlıq gətirilir, Xocalıda insanlığa qarşı törədilmiş törədilən cinayətlər və bacısı ilə birlikdə keçdiyi əzablı yollar barədə həqiqətlər oxucuların diqqətinə çatdırılır.

Məqalədə bu cür faciələrin bir daha təkrarlanmaması üçün bütün bəşəriyyətin birliyinin, Xocalı soyqırımına hüquqi qiymətin verilməsi üçün birgə mübarizənin vacibliyi qeyd olunur.