...

Yunanıstan mediasında Rəşid Behbudovdan bəhs edilib

24.02.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında Azərbaycanın görkəmli sənətkarı, SSRİ Xalq artiti, Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcısı və bədii rəhbəri Rəşid Behbudova həsr olunmuş məqalə yerləşdirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə yayımlanan məqalədə Azərbaycanın vokal, estrada və kino sahəsinə böyük töhfələr bəxş etmiş Rəşid Behbudovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

“Milli opera, estrada və musiqili kinokomediya sənətinin formalaşmasında onun misilsiz xidmətləri oub. Zəfər ruhlu ifaçılığı, böyük artistlik istedadı və cazibəsi, istənilən musiqini dərindən duymaq bacarığı ona böyük uğur qazandırıb. Azərbaycanda onun adı xalq musiqisi tarixi ilə sıx bağlıdır. Onun ifa etdiyi əsərlər Vətəni qürurla tərənnüm etməkdən tutmuş lirik məhəbbət etirafına qədər müxtəlif duyğular doğurur”, - deyə vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/rasint-bechbountof-enas-apo-tous-spoudaioterous-tragoudistes-tou-azerbaitzan/