...

Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt yaradılıb

24.02.2022

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur.

Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380 97 070 0085 telefon nömrəsi və raukyiv@gmail.com email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib: https://www.mfa.gov.az/az/news/no05922