...

Yeni Zelandiya oxucularına Xocalı soyqırımı haqqında məlumat verilib

23.02.2022

Yeni Zelandiyanın https://issuu.com saytında “Xocalı soyqırımından 30 il keçir” sərlövhəli məlumat yerləşdirilib.

“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudovun təşəbbüsü ilə yayılan məlumatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının köməyilə Xocalı şəhərini işğal etdiyinə və məhz azərbaycanlı olduqlarına görə dinc əhalini kütləvi şəkildə qətlə yetirdiyinə diqqət cəlb olunub.

Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımının törədilməsinə görə İrəvanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığı nəzərə çatdırılıb. 2020-ci ilin payızında baş verən Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən xalqımızın dünya birliyindən bu faciəyə hüquqi-siyasi qiymət verilməsini və Xocalı cəlladlarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyi vurğulanıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://issuu.com/times_e-editions/docs/times23feb22/4