...

Qahirə şəhərində Anım Gününə ithaf olunmuş “Qarabağ, Azərbaycan” kitabı dərc olunub

04.10.2021

Misirdəki Azərbaycan diasporunun təşəbbüsü ilə Qahirə şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ, Azərbaycan” adlı kitab nəşr olunub.

Kitab Misir və ərəb dünyasının vətəndaşlarını Azərbaycanın qəlbi hesab olunan Qarabağ torpağı ilə yaxından tanış etmək məqsədilə hazırlanıb. Kitabın müəllifləri – Azərbaycan Diasporu Gənclərinin Misirdəki koordinatoru Səbinə Sultan və gənc alim-ixtiraçı, Beynalxalq İSEF və “Genius” Olimpiadasının laureatı Sandi Salem, baş redaktoru Azərbaycan diasporunun sədr müavini Sədaqət Əliəşrəfdir. Kitaba rəyi şərqşunas və tarixçi, Ain Şəms universitetinin professoru, Dr.Ahmed Helmi yazıb.

Qeyd edək ki, Azərbaycanın pasportuna bənzər şəkildə dərc olunan “Qarabağ, Azərbaycan” kitabı Qahirə şəhərinin çoxlu sayda kitabxanalarına və təhsil ocağlarına hədiyyə olaraq paylanılır.