...

Nalçik şəhərində Vətən müharibəsi şəhidləri yad edilib

04.10.2021

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında fəaliyyət göstərən “Azəri” Azərbaycan Milli-Mədəni Mərkəzinin təşkilatçılığı ilə Nalçik şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Anım mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən diaspor nümayəndələri 27 sentyabr 2020-ci il tarixini ədalətin bərqərar olmasının başlanğıc günü kimi dəyərləndirib, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və əzmli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 gün ərzində Qarabağı düşmən tapdağından azad etməsini əlamətdar hadisə adlandırıblar. Ali Baş Komandanın və hərbçilərimizin Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərin dövlətçilik və hərb tariximizə qızıl hərflərlə həkk olunduğu, xalqımızın və dünya azərbaycanlılarının yaddaşında əbədi yaşayacağı vrğulanıb.