...

Eskişehirdə Zəfər qardaşlığından danışılıb

02.10.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Eskişehir şəhərində “Zəfər Qardaşlığı” adlı tədbir keçirilib.

Tədbirdə Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Anar Axundov, Anadolu Universitetinin Rektoru Prof. Dr. Fuat Erdal və Türkiyə Böyük Millət Məclisinin Eskişehir üzrə millət vəkili Metin Nurullah Sazak çıxış ediblər. Natiqlər “İki dövlət, bir millət” olan Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən, Vətən müharibəsində rəsmi Ankaranın və türk xalqının ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəkdən, şəhidlərimizin və qazilərimizin Qarabağı düşmən tapdağından azad etməklə qəhrəmanlıq dastanı yazdıqlarından, ölkələrimizin daha neçə Zəfərlərə doğru birlikdə irəliləyəcəklərindən danışıblar.

Tədbir zamanı Eskişehir Azərbaycanlılar Dərnəyinə, yerli EsTV-də yayımlanan “Üççizgi” proqramına dəstəklərini əsirgəməyən və əməkdaşlıq edən qurumların təmsilçilərinə təşəkkür plaketləri təqdim olunub.

Tədbirin bədii hissəsində milli musiqilər səsləndirilib və Azərbaycan rəqsi nümayiş etdirilib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Eskişehir Azərbaycanlılar Dərnəyinin əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan tarixini və mədəniyyətini təbliğ etməkdir.