...

“Azİz” assosiasiyası Anım Günü ilə əlaqədar videokonfrans təşkil edib

01.10.2021

“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş videokonfrans keçirilib.

I və II Qarabağ savaşında Azərbaycanın müxtəlif millətlərdən olan vətəndaşlarının iştirakını nəzərə alan təşkilatçılar tədbirə ölkəmizin Milli Qəhrəmanı Albert Aqarunovun ailə üzvləri Rantik və Janna Aqarunovları, şəhid Denis Əliyevin xanımı Aynurə Əliyevanı, şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadəni, qazi Tural İsmayılovun xanımı Royalə İsmayılovanı qonaq qismində dəvət ediblər.

Konfransı açan “Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın təklifi ilə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Rasim Musabəyov, Moskvada yaşayan alim, professor Kamran Rüstəmov, tanınmış litov jurnalist, “Sonsuz dəhliz” sənədli filminin müəllifi Riçardas Lapaitis, Azərbaycan Turizm Nazirliyinin İsraildəki nümayəndəliyinin başçısı Cəmil Talıbzadə, Kiryat-Byalik şəhərinin mer-müavini, “Azİz” Assosiasiyasının idarə heyətinin üzvü Nahum Raçevski, Albert Aqarunovun döyüşdüyü tank batalyonunun komandri Hacı Əzimov, Niderlanddakı Azərbaycan diasporunun fəal üzvü Səltənət Rəvanqızı və başqaları çıxış ediblər. Onlar şəhidlərimizin Vətənə göstərdikləri xidməti yüksək qiymətləndiriblər, Qarabağı azad etməklə Cənubi Qafqaz bölgəsinə sülh gətirənlərə minnətdarlıqlarını bildiriblər.

Tədbiri aşağıdakı linkdən daha ətraflı şəkildə izləmək mümkündür:
https://youtu.be/2bsSGYW11aA