...

Anım Günü ilə əlaqədar Kolumbiyada aksiya keçirilib

30.09.2021

Barrankilya şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar Kolumbiyada yaşayan azərbaycanlı iş adamı Şəhriyar Həsənlinin təşkilatçılığı ilə səssiz yürüş və aksiya keçirilib.

Yürüş və aksiya zamanı gənc fəallarımız ispanca “Qarabağ Azərbaycandır!” şüarını, Anım Gününə həsr olunmuş fotoşəkilləri nümayiş etdirib, yerli sakinlərə Qarabağ həqiqətləri və Anım Günü barədə məlumat veriblər. Ölkəmizin 30 illik mübarizəsinin əks olunduğu broşürlər, üzərində “Qarabağ Azərbaycandır!” yazılmış köynəklər və Azərbaycan bayrağı olan papaqlar şəhər sakinlərinə paylanılıb.