...

İsveçrədəki “Qarabağ” məktəbində Anım Günündən danışılıb

30.09.2021

İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbində 27 sentyabr - Anım gününə həsr olunmuş dərs keçirilib.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadənin onlayn formatda apardığı dərsdə bir il bundan öncə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi hadisənin 27 sentyabrdan başlandığı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizin adını hərb tarixinə qızıl hərflərlə həkk edən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.