...

Haaqa şəhərində Anım Günü ilə əlaqədar səssiz yürüş təşkil edilib

29.09.2021

Haaqa şəhərində Vətən müharibəsinin ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş səssiz yürüş və aksiya keçirilib.

Aksiya Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları – Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti və “Ana Vətən ” Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yürüş Haaqadakı Sülh Sarayından (Vredes Paleis) başlayıb və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında başa çatıb. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutan soydaşlarımız qəhrəman şəhidlərimizin fotolarını, “27 sentyabr – Azərbaycanda Anım Günüdür!”, “Qarabağ Azərbaycandır!”, “Biz heç vaxt unutmayacağıq!” və digər şüarları nümayiş etdiriblər.