...

İstanbuldakı Heydər Əliyev adına Azərbaycan məktəbində şəhidlərimiz yad edlib

28.09.2021

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı bütün siniflərdə şagirdlər “Şəhidlər ölməz!”, “Zəfərin mübarək, Azərbaycan!” şüarlarını nümayiş etdirməklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda qəhrəmanlıqla həlak olmuş şəhidlərimizi anıblar, parlaq Qələbəni xalqımıza yaşadan qazilərimizə minnətdarlıqlarını ifadə ediblər.