...

Diaspor fəallarımız “Beynəlxalq Ordu Oyunları-2021”in açılışını izləyiblər

09.09.2021

Moskva vilayəti Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin bir qrup fəalı Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları-2021”yarışlarının açılış mərasimində iştirak edib.

Mərasim çərçivəsində diaspor fəallarımız Tahir Hacıyev, Hidayət Məmmədov və digər azərbaycanlı gənclər Azərbaycandan gələn tankçı hərbçilərimizlə görüşüblər və onlara yarışda uğurlar arzulayıblar.