...

Milli Platformanın qarşıdakı məqsədləri müzakirə edilib

18.08.2021

“Karabakh is Azerbaijan!” Milli Platformasının müxtəlif ölkələrdəki əlaqələndiricilərinin onlayn formatda görüşü keçirilib.
“Karabakh is Azerbaijan!” Milli Platformasının təşkilatçılığı ilə baş tutan görüşdə Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr. Günel Səfərova, diplomatiya və dövlət təhlükəsizliyi üzrə ekspert, “Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyədəki əlaqələndiricisi Dr. Elvin Abdurahmanlı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə ofisinin layihə və fəaliyyətləri üzrə mütəxəssisi Elnur Şabanzadə, siyasi elmlər və dövlət təhlükəsizliyi üzrə ekspert, Milli Platformanın əlaqələdiricisinin müavini Caner Karakuş, Milli Platformanın Birləşmiş Ərəb Əmirliklərindəki əlaqələndiricisi, tibb üzrə fəlsəfə doktoru Sabrin Əli Əzim iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov qonaqları salamlayaraq bildirib ki, gələcəkdə bu cür videogörüşlərdə Milli Platformanın ölkəmizdə və xaricdə yaşayan digər əlaqələndirici və üzvlərinin iştirak etməsi nəzərdə tutulub.
Görüş iştirakçıları müharibə sonrası yaranmış mövcud durumda “Qarabağ Azərbaycandır!” missiyasını daşıyan Milli Platformanın üzərinə düşən vəzifələrdən, bu istiqamətdə gördükləri işlərdən danışıblar. Milli Platformanın diplomatiya və dövlət təhlükəsizliyi məsələlərində fəaliyyət istiqamətləri , “Karabakh is Azerbaijan: Uluslararası Diplomasi Araşdırmaları Kitabı” ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də müxtəlif təkliflər irəli sürülüb.