...

Dövlət Komitəsi azərbaycanlı tələbənin Bakıya gətirilməsini təmin etdi

03.08.2021

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirir.

Uzun müddətdir Çində müalicə alan, Azərbaycan vətəndaşı, Pekin İdman İnstitutunun tələbəsi Sadiq Həsənağa oğlu Həsənovun ailə üzvləri onun Bakıya gətirilməsi üçün Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi vasitəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. Komitə ünvanlanan müraciətləri, Sadiq Həsənovun sağlamlığı ilə bağlı ciddi problemləri, maddi vəziyyətini nəzərə alaraq, vətəndaşın Pekindən çarter reys ilə Bakı şəhərinə gətirilməsini təmin etmişdir.

Qeyd edək ki, komitə daha öncə də Sadiq Həsənovun müalicəsinə maddi yardım göstərib.