...

Marneulidə məktəbəqədər hazırlıq kursları məzunlarının buraxılış tədbiri keçirilib

28.07.2021

Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) məktəbəqədər hazırlıq kursları ilə bağlı həyata keçirdiyi növbəti layihəsi uğurla yekunlaşıb.
Bu münasibətlə GAİM-də kurs iştirakçılarının əyləncəli buraxılış tədbiri təşkil edilib. Tədbir zamanı birillik kursun məzunları öz məharətlərini müəllimlərinə və valideynlərinə nümayiş etdiriblər. Onlar mahnılar, rəqslər ifa edib və müxtəlif şən oyunlar oynayıblar.
Tədbir kurs iştirakçılarına GAİM-in sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2019-cu il 3 aprel tarixindən fəaliyyətə başlayan GAİM gerçəkləşdirdiyi müxtəlif layihələrlə soydaşlarımızın rəğbətini qazanıb.