...

Diaspor nümayəndələrinin Şuşaya səfəri xüsusi əhəmiyyət daşıyır

27.07.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfər edən diaspor nümayəndələri artıq Şuşadadır. Ali Baş Komandana, ordumuza minnətdarlıq edən, şəhidlərimizi ehtiramla anan diaspor nümayəndələri Şuşada xüsusi anlar yaşayıb.
Əllərində doğma Vətənimizin üçrəngli bayrağı və yaşadıqları ölkələrin bayraqlarını tutan həmvətənlərimiz Şuşanı, Vətənimizin haqq yolunu, ordumuzun şücaətini şeirlə vəsf edir, “Qarabağ Azərbaycandır”, “Şuşa Azərbaycandır”, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” və s. şüarlar səsləndirməklə Şuşada olmaq sevincini bölüşürlər.
Təbii ki, qədim mədəniyyət diyarında kövrələrək göz yaşlarına hakim ola bilməyənlər, 28 il ərzində müxtəlif ölkələrdə qarşılaşdıqları ermənilərin haqsız mövqelərini xatırlayan diaspor nümayəndələri də oldu. Onlar bildirirlər ki, bu günü səbirsizliklə gözləyirdilər, bu gün onları yaşadıqları ölkədə daha qürurlu və başıuca edəcək.