Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Bakıda "Qırğızlar" kitabının təqdimatı olub

09.07.2021

İyulun 3-də Bakıda TürkPA-nın mərkəzi ofisində Qırğızıstan parlamentinin üzvü, Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Kanıbek İmanaliyevin "Qırğızlar" kitabının təqdimatı keçirilib.
Tədbirdə TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, bu qrupun üzvləri Nizami Cəfərov və Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Kanıbek İmanaliyev, Azərbaycan yazıçılar birliyinin üzvü Adil Cəmil və başqaları iştirak ediblər.
Kitabda Qırğız elinin keşməkeşli tarixi, xalqının milli adət-ənənələri, ədəbiyyat və mədəniyyət hadisələrindən bəhs edilir. Türk toplumunun bir qolu olan qırğızların dövlətçilik ənənəsindən söhbət açılır.
“Qırğızlar” kitabı Qırğızıstanda diaspor fəaliyyəti göstərən “Tükdilli dövlətlərinin Siyasətə Dəstək Fondu”nun sifarişi ilə tərcümə edilib. Layihənin rəhbəri Fondun prezidenti Nüsrət Məmmədovdur. Kitabın Azərbaycan dili versiyasının redaktoru məşhur jurnalist - yazar Vəli Əkbərdir.
Növbəti təqdimat sentyabr ayında Qırğızstanda keçiriləcək festival çərçivəsində nəzərdə tutulur.