Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

İsveçdəki soydaşlarımız bu ölkənin Baş nazirini və Xarici işlər nazirini təbrik ediblər

14.07.2021

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası bu ölkənin Baş naziri Stefan Löfvenə və Xarici işlər naziri Ann Lindeyə təbrik məktubu ünvanlayıb.
Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderbergin imzaladığı məktubda Stefan Löfvenin Baş Nazir, Ann Lindenin Xarici işlər naziri və ATƏT-in sədri vəzifələrində fəaliyyətlərini davam etdirəcəkləri münasibətilə İsveç azərbaycanlıları adından təbriklər çatdırılıb.
Məktubda qeyd edilib ki, sabitlik və etibarlılıq bütün İsveçdə yaşayan xalqların nümayəndələri kimi azərbaycanlılar üçün də vacibdir. Böyük fəlakətlərə səbəb olan koronavirus pandemiyasının bitmədiyi və yaratdığı böhran dövründə bu ölkədə yaşayan bütün millətlərin İsveç naminə birləşdiyi və əməkdaşlıq etdiyi nəzərə çatdırılıb.
Məktubda ötən ilin payızında başlayan II Qarabağ savaşı zamanı Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalından azad etdiyinə, lakin regionda davamlı sülh və sabitliyin əldə olunması üçün çox işlərin görülməsinə ehtiyac olduğuna diqqət cəlb edilib: "İnsanlar sülh şəraitində yaşamaq istəyir, heç kim müharibə istəmir. Biz ATƏT-in Minsk qrupunun üzvlərindən biri olan İsveçin ATƏT sədrliyində rolunu qiymətləndiririk. İsveçin xarici işlər naziri Ann Lindenin Azərbaycana və digər Qafqaz ölkələrinə səfəri böyük əhəmiyyət kəsb edir. Biz dünyada və Qafqazda sülh və stabilliyin mövcud olacağına ümid edirik", - deyə bildirilib.