Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Almaniyadakı Azərbaycan Evləri ölkənin rəsmi qurumlarına və siyasi partiyalarına “Chronimet” şirkəti ilə bağlı müraciət edib

12.07.2021

Almaniyadaki Azərbaycan Evləri ölkəmizin ərazisindən keçən və Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkətlərinin törətdikləri ekoloji cinayətlə bağlı bu ölkənin dövlət qurumlarına və ictimaiyyətinə müraciət ediblər.
Almaniyanın “Chronimet” şirkətinin baş ofisinə, “Yaşıllar Partiyası”na, “Greenpeace” və ətraf mühitin mühafizəsi üzrə digər beynəlxalq təşkilatlara, müvafiq dövlət qurumlarına ünvanlanan etiraz xarakterli bəyanatlarda dəhşətli fəlakət bütün təfərrüatı ilə təsvir edilib. Səhmlərinin əsas hissəsinin Almaniyanın “Chronimet” şirkətinə məxsus olduğu Ermənistan Molibden kombinatının təmizləmə işləri aparılmadan, zəhərli tullantılarını birbaşa Oxçuçaya buraxdığı, ekoloji standartlara riayət edilmədiyi və Azərbaycanın ətraf mühitinə misli görünməmiş zərbə vurulduğu nəzərə çatdırılıb.
Bəyanatlarda “Chronimet” şirkətindən və digər müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan bu ekoloji cinayətə biganə qalmamaq və fəlakətin qarşısını almaq məqsədi ilə dərhal lazımi tədbirlər görmək tələb edilib.