Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Ukrayna Azərbaycanlıları Radası Dövlət Komitəsinin kollektivini təbrik edib

06.07.2021

"Ukrayna Azərbaycanlıları Radası" İctimai Birliyinin rəhbərliyi yaradılmasının 19-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivini təbrik edib.
Komitə sədrinə ünvanlanan təbrik məktubunda bildirilib ki, bu illər ərzində qurum öz məqsədinin gerçəkləşdirilməsi – dünyadakı Azərbaycan diasporu ilə sıx əlaqələrinin maksimal şəkildə qorunub saxlanılması üzərində çalışır. Qeyd edilib ki, komitənin komandası tərəfindən dünyanın əksər ölkələrində Vətənin dəstəyini hiss edən azərbaycanlıların diaspor təşkilatlarının yaradılması prosesi uğurla həyata keçirilib. Bundan sonra da komitənin bu istiqamətdə fəaliyyətinin milli həmrəylik prinsiplərinə əsaslanacağına əminlik ifadə edilib.
Ukraynadakı soydaşlarımız Dövlət Komitəsinin fəaliyyətini dəstəklədiklərini və səmərəli əməkdaşlığa hazır olduqlarını bildiriblər.