Batumidəki beynəlxalq turnirə komandamız üzərində GAİM sözü yazılmış formada çıxıb

25.06.2021

Dünya Futvoley Federasiyasının təşkilatçılığı ilə 25–27 iyun tarixlərində Batumidə keçirilən beynəlxalq turnirdə iştirak edən futvoley üzrə Azərbaycan milli komandası üzərində GAİM (Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi) sözünün yazıldığı formalarda meydana çıxıblar.
Bu təşəbbüs Azərbaycanın Futnet Federasiyası və Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi, eləcə də Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilib.
Qeyd edək ki, turnirdə 13 ölkənin 16 komandası iştirak edir. Onların arasında Azərbaycan, Türkiyə, Almaniya, Gürcüstan, Ukrayna, İsrail, Fransa, Yunanıstan, İran, Moldova, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələr yer alır. Püşkatma nəticəsində komandalar 4 qrupda təmsil olunublar. Azərbaycan yığması A qrupunda İsrail, Gürcüstan və Moldova komandalarına qarşı mübarizə aparır. Turnirin ilk günündə azərbaycanlılar Moldava və Gürcüstan komandaları ilə qarşılaşıb. Azərbaycanlı futnetçilər hər iki komandaya 2:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə keçiblər.