İtaliyada yaşayan soydaşlarımız şahmat çempionatının qalibi olublar

12.06.2021

İtaliyada yaşayan azərbaycanlı şahmat ustası Mirağa Ağayev və bu ölkədə təhsil alan azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster Ülviyyə Fətəliyeva universitetlər arası şahmat çempionatının qalibi adını qazanıblar.
Turnirdə İtaliya Universitetlərinin iyirmiyə yaxın komandası iştirak edib. Azərbaycanlı şahmatçılar təhsil aldıqları Sapienza Universitetinin komandasını təmsil ediblər. İtalyan tələbələrin də daxil olduğu komandaya Mirağa Ağayev kapitanlıq edib.
Mükafatlandırma mərasimində qalib komandanın kapitanına və üzvlərinə kuboku Sapienza Universitetinin rektoru, professor Eygenio Gaudio, İtaliya Şahmat Federasiyasının prezidenti Luici Maqqi, Lazio Regional Komitəsinin prezidenti Domeniko Zibbelini təqdim ediblər.
Qeyd edək ki, həmyerlilərimizin təmsil oldunduğu universitetin komandası otən il də bu yarışın qalibi olub.