Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

11.06.2021

Niderland krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb.
"Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.
Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışına və mina xəritələrini təhvil verməməklə regionda sülhə-sabitliyə mane olmasına cəlb etməkdir.