ABŞ mediasında “Nizami Gəncəvi İli”nə həsr edilən məqalə dərc olunub

07.06.2021

Soydaşlarımızın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində “Nizami Gəncəvi İli”nə həsr edilən “Milli-mədəni irsin təbliğinə əhəmiyyətli töhfə” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin ədəbiyyatımıza, mədəni irsimizə, ümumilikdə milli-mədəni dəyərlərə yüksək diqqətin bariz nümunəsi olduğu bildirilir.
Müəllif yazıda Nizami Gəncəvi yaradıcılığına diqqət çəkərək, böyük ədibin yaratdığı ədəbi obrazların dili ilə bir çox hallarda bəşəriyyətə xitabən çıxış etdiyini vurğulayıb: “Ümumiyyətlə, Nizami Gəncəvi yaradıcılığında humanist ideyalar, milli-mədəni dəyərlər, insani keyfiyyətlər geniş şəkildə təbliğ olunur. Bu baxımdan onun yaradıcılığı bəşəri xarakterə malikdir və dünya ictimayətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
http://bukhariantimes.org/06_03_2021/mobile/index.html