Niderland Krallığında "Milli dərs" layihəsinə start verilib

04.06.2021

Niderland Krallığında yaşayan soydaşımız Sevinc Əliyevanın təşəbbüsü ilə onlayn formatlı "Milli dərs" layihəsinə başlanılıb. Layihə çərçivəsində mədəniyyət və incəsənətimizi əks etdirən proqramlar tərtib olunub
Layihə xaricdə yaşayan 6-16 yaşarası məktəbli soydaşlarımızın milli ruhda böyüməsi, Azərbaycanın zəngin milli-mədəni irsinə mükəmməl şəkildə yiyələnməsi məqsədilə həyata keçirilir. Dərslərdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti və incəsənəti tədris olunacaq. Məktəblilərə musiqi janrları, kino, teatr, təsviri incəsənət, memarlıq, rəqs kimi incəsənət növlərini əhatə edən proqramlar təqdim olunacaq, tar alətində ifanın sirləri öyrədiləcək.
Zoom proqramında keçirilən dərslər (Bakı vaxtı ilə saat 12:00-dan etibarən) Azərbaycanın ali və orta məktəb müəllimləri tərəfindən ən müasir interaktiv formada təqdim olunur. Layihə ilə daha ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.milliders.com/movzular/