“28 May – Azərbaycanımızın Cümhuriyyət Günü” mövzusunda videokonfrans keçirilib

01.06.2021

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə "28 May – Azərbaycanımızın Cümhuriyyət Günü" mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Cümhuriyyət dövrünün araşdırmaçı alimləri Nəsiman Yaqublu və Firdovsiyyə Əhmədova, Qarabağ Azadlıq Təşkilatının sədri, tarixçi-alim Akif Nağı, Azərbaycanın Əməkdar artisti Sevinc Sarıyeva, Rusiyadan Moskva vilayəti Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov, Ukraynadan tarix elmləri doktoru, professor Fərhad Turanlı, Türkiyənin İğdır vilayətindən araşdırmaçı–yazar Ziya Zakir Acar, Skandinaviya və digər ölkələrdə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən, əldə etdiyi uğurlardan, süqutunun səbəblərindən, Cümhuriyyət qurucularının məşəqqətli həyatından bəhs edilib. Ötən il xalqımızın əldə etdiyi parlaq qələbə Cümhuriyyət ənənələrinə böyük töhfə kimi qiymətləndirilib. Tədbirdə Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.