İsveçin müxtəlif şəhərlərində Respublika gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib

31.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Stokholm və Enköpinq şəhərlərində 28 may – Respublika gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Aksiya zamanı 28 mayın Azərbaycanın Respublika Günü və Şərqdə ilk demokratik respublikanın yaranma günü olduğu barədə məlumatın, işğaldan azad olunmuş Şuşa, Zəngilan, Ağdam, Qubadlı şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, üçrəngli dövlət bayrağımızın təsvirlərinin əks olunduğu LED ekranlı maşının hərəkəti təmin edilib. Stokholm və Enköpinq şəhərlərinin mərkəzi küçələrində gerçəkləşdirilən aksiya iki gün davam edib.
Tədbir yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb.